TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  • Pasport (Şəxsiyyət vəsiqəsi – Ş/v): Minimum yaş – 24 / Maksimum yaş – 65;
  • Sürücülük vəsiqəsi: Minimum sürücülük təcrübəsi – 2 il. Sürücülük təcrübəniz 2 ildən az olduğu halda sürücü xidmətimizi sizə təklif edə bilərik.

Rent a Car Baku

KİRAYƏ MÜDDƏTİ:

  • Minimum icarə müddəti – 2 gün Bakı şəhərində;
  • Müddətin hesablanması müqavilənin imzalandığı / avtomobilin təhvil alındığı andan etibarən başlayır;
  • Əgər avtomobil təhvil verilmə vaxtından 4 saatdan çox gecikərsə, müştəri əlavə gün üçün ödəniş edəcəkdir;
  • Avtomobil vaxtından əvvəl qaytarılarsa istifadə edilməmiş günlər üçün ödəniş geri qaytarılmayacaqdır.

ÖDƏNİŞ ŞƏRTLƏRİ:

  • Ödəniş növləri: bank köçürməsi, bank kartı və ya nağd;
  • Müştəri avtomobili götürdüyü vaxt kirayə haqqı tam ödənilir.

Kirayə avtomobilin seçimindən asılı olaraq minimum 300 AZN məbləğində depozit ödənilməlidir. Bu məbləğ heç bir qəza hadisəsi və cərimələr olmadığı halda müştəriyə geri qaytarılacaqdır.

Qiymətə daxildir:

  • Servisdə mütəmadi olaraq yoxlanılmış və tam saz vəziyyətdə olan yeni model avtomobillər;
  • Tam sığorta (KASKO + İCBARİ);
  • Limitsiz yürüş (kilometraj);
  • Müştərinin istədiyi yerdə və vaxtda avtomobilin təhvil verilməsi və təhvil alınması xidməti;
  • Əlavə sürücünün ödənişsiz qeydiyyatı;
  • Avtomobil yalnız Azərbaycan Respublikası ərazisində sürülə bilər. Sərhədi keçməyə icazə verilmir!
  • Sifarişin ödənişsiz dəyişdirilməsi və ləğvi (ən azı 2 gün əvvəlcədən müəyyən edilməlidir).

Qiymətə daxil deyildir:

  • Kirayə müddətinin sonunda əlavə yanacaq haqqı geri qaytarılmır;
  • Avtomobillərin yuyulması; Parklama biletləri; Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar cərimələr;
  • Avtomobilin daxili və xarici səthinin zədələnməsi, təkərin zədələnməsi.

ƏLAVƏ TƏCHİZAT VƏ QİYMƏT:

  • Naviqasiya sistemi (Android sistemi əsasında) – gündəlik 10 AZN;
  • Uşaq oturacağı (1-7 yaş) – gündəlik 10 AZN.

QADAĞANDIR:

  • Avtomobildə siqaret çəkmək qadağandır. Cərimə 100 AZN məbləğindədir;
  • Əgər avtomobilin açarı itirilərsə, yeni açara görə ödəniş edəcəksiniz (300 AZN);
  • Spirtli içkiləri qəbul edərək avtomobili idarə etmək qadağandır. 1000 AZN cərimə;
  • Avtomobilləri ovda və yolsuzluqda istifadə etmək qadağandır. 5000 AZN cərimə.

QEYD: Şirkətimiz müştərilərinin hüquqlarına hörmət edir və şəxsi məlumatlarınızın məxfiliyinə zəmanət verir. Sifariş edərkən siz kirayə şərtləri ilə razı olduğunuzu və onları qəbul etdiyinizi təsdiq edirsiniz. Siz avtomobili icarəyə götürərkən icarə müqaviləsi imzalayırsınız. İcarə Müqaviləsinin  şərtlərindən istənilən biri sizə uyğun  deyildirsə, bu barədə şirkət ilə müzakirə edə bilərsiniz.

Əlavə sualınız olduğu halda +99455 399 97 79 (WhatsApp & Viber) nömrəsinə zəng edərək əlavə məlumat əldə edə bilərsiniz.